Bu ilin yanvar ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 28,77 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, dekabr ayına nisbətən 3,57 faiz bəndi çoxdur, bir il əvvəlki göstərici ilə müqayisədə 0,61 faiz bəndi azdır.
Növbəti sıradakı "Xiaomi"nin bazar payı aylıq müqayisədə 2,66 faiz bəndi artaraq və illik müqayisədə 2,85 faiz bəndi azalaraq 21,56 % olub.
Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 1,87 faiz bəndi azalaraq və illik müqayisədə 2,01 faiz bəndi artaraq 20,87 % olub. Beləliklə şirkətin bazar payı aylıq ifadədə 8 % azalıb.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 3,47 faiz bəndi azalaraq, illik müqayisədə isə 3,39 faiz bəndi artaraq 19,48 % təşkil edib.