IMG-LOGO

Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq

02 Feb 2026 13:27 3 baxış
IMG

Portuqaliya Baş naziri Luiş Monteneqru beş nəfərin ölümünə səbəb olan və ölkəyə böyük ziyan vuran "Kristin" fırtınasının nəticələrinin aradan qaldırılması üçün 2,5 milyard avro ayırmağı vəd edib.

"Report" "Euractiv" portalına istinadən xəbər verir ki, o, bunu Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Bəzi bölgələr daha ciddi vəziyyətlə üzləşəcəklər ki, bu da hətta təxliyə tələb edə bilər", - o qeyd edib.

Bundan əlavə, Baş nazir ölkədə leysan yağışlar proqnozlaşdırdığı üçün fövqəladə vəziyyət rejiminin müddətini fevralın 8-dək uzadıb. Yağışlı havanın bütün həftə boyu davam edəcəyi gözlənilir.

Xəbər lenti