IMG-LOGO

İş yerlərində kütləvi ixtisarlar aparılır, yüzlərlə insan boş qalıb - DEPUTAT

02 Feb 2026 11:46 5 baxış
IMG
2 0

"Son dövrlərdə bir sıra dövlət və qeyri-hökumət qurumlarında, o cümlədən metropoliten, Xəzər dəniz nəqliyyatı və kommunal sahələrdə kütləvi ixtisarlar aparılıb”.

Bunu parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, büdcə yükünün azaldılması məqsədilə bu addımların atıldığını anlamaq mümkündür: “Ancaq nəticə etibarilə yüzlərlə insan işsiz qalır. Bu insanlara ya alternativ iş yerləri təklif olunmalı, ya da sosial müdafiə mexanizmləri işə salınmalıdır. Təəssüf ki, bəzi hallarda işdən azad edilən şəxslərə başqa qurumlara yönləndirmə ilə bağlı deyilənlər praktikada öz təsdiqini tapmır, insanlar müraciət etdikdə həmin iş yerlərinin mövcud olmadığı ilə üzləşirlər.

Bu cür sosial yükün nəzarətsiz şəkildə cəmiyyətin üzərinə buraxılması uzunmüddətli perspektivdə ciddi təhlükələr yarada və dövlət üçün əlavə risklər formalaşdıra bilər. Hesab edirəm ki, bu məsələyə kompleks və operativ şəkildə diqqət yetirilməsi vacibdir”./APA

iş ixtisarları

Xəbər lenti