IMG-LOGO

"Fitiya" siklonu nəticəsində Madaqaskarda 28 min nəfər zərər çəkib

02 Feb 2026 10:20 3 baxış
IMG

"Fitiya" siklonunun Madaqaskar üzərindən keçməsi nəticəsində 3 nəfər həlak olub, 28 mindən çox insan zərər çəkib.

"Report" xəbər verir ki, bu barədə "L'Express de Madagascar" qəzeti Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Büroya istinadən bildirib.

Zərərçəkənlərdən 8 484 nəfəri evlərini tərk etməli olub. Onlardan 7 326 nəfər 34 sığınacaqda yerləşdirilib. 6 139 ev su altında qalıb, 104 evə ziyan dəyib, 813 ev isə dağılıb.

Ən çox zərər çəkən rayonlar ölkənin qərbində yerləşən Analamanqa, Bueni, Vakinankaratra, Melaki və Sufia olub.

Qeyd olunur ki, siklon güclü yağışlarla müşayiət olunub ki, bu da çaylarda suyun səviyyəsinin kəskin qalxmasına, daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Xəbər lenti