IMG-LOGO

Uzunömürlülüyün sirri açıldı: elm adamları TƏƏCCÜBLƏNİRLƏR

30 Jan 2026 16:52 2 baxış
IMG
0 0

San-Paulu Universitetinin tədqiqatçıları Braziliyada 100–110 yaşına qədər yaşayan insanların qeyri-adi uzunömürlülüyünü izah edə biləcək yeni məlumatlar təqdim ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu insanların immun sistemi xeyli gənc yaşlı insanlara xas olan effektivliyi qoruyub saxlayır.

Genetik müxtəlifliyi ilə tanınan Braziliya alimlər üçün yaşlanma mexanizmlərini araşdırmaq baxımından ideal bir mühit hesab olunur.

Araşdırmada 100 yaşdan yuxarı 140-dan çox uzunömürlü, həmçinin 110 yaş həddini keçən 20 nəfər iştirak edib.

Əsas kəşf ondan ibarət olub ki, bu insanların immun hüceyrələri zülalların “təmizlənməsi” və yenidən emalı proseslərini yüksək səviyyədə qoruyur.

Bu xüsusiyyət orqanizmə adətən yaşla bağlı xəstəliklərə, demensiya, onkoloji patologiyalar və ürək xəstəliklərinə səbəb olan zədələnmələrin yığılmasının qarşısını almağa imkan verir.

Alimlər həmçinin immun sistemində nadir bir uyğunlaşma aşkar ediblər. Adətən koordinasiyaedici funksiyanı yerinə yetirən CD4+ T-hüceyrələri braziliyalı uzunömürlülərdə CD8+ “qatil” hüceyrələri kimi davranaraq təhlükələri birbaşa məhv edib.

Bu cür fəaliyyət adi insanlarda demək olar ki, müşahidə olunmur və mütəxəssislərin fikrincə, onların xəstəliklərə qarşı davamlılığının əsas səbəblərindən biri ola bilər.

COVID-19 pandemiyası zamanı bu fərqlilik xüsusilə nəzərə çarpıb. Uzunömürlülərin immun sistemi qısa müddətdə neytrallaşdırıcı anticisimlər istehsal edib.

Araşdırma iştirakçılarından üç nəfərin 2020-ci ildə vaksinlər hələ mövcud olmayan dövrdə koronavirusa yoluxduğu, lakin tam sağaldığı bildirilib.

Hazırda alimlər braziliyalı uzunömürlülərə xas müdafiə mexanizmlərini daha dərindən araşdırmaq üçün hüceyrə modelləri hazırlayırlar.

Tədqiqatçılar ümid edirlər ki, əldə olunan nəticələr gələcəkdə daha geniş əhali qrupları üçün sağlam və uzun ömürlülüyü artırmağa kömək edəcək yeni yanaşmaların yaradılmasına imkan verəcək.

uzunömürlülük

Xəbər lenti