IMG-LOGO

Kiyevə gecə hücumu: Bir ailə məhv edildi - YENİLƏNİB

06 Jul 2026 17:36 2 baxış
IMG
8 0

Evin dağıntıları altında ana, ata və uşağın cəsədləri tapılıb. Ukrayna Xarici İşlər Nazirliyi NATO-dan terrorizmə sərt reaksiya və dərhal raket əleyhinə sistemlərin verilməsini tələb edir.

Lent.az-ın xarici mediya istinadən xəbərinə görə, iyulun 6-sı gecəsi Rusiya qüvvələri Kiyevə kütləvi ballistik raket zərbəsi endirib və nəticədə çoxsaylı mülki şəxslər həlak olub. Zərər çəkmiş yaşayış məntəqələrindən birində xilasedicilər dağıntılar altından ölü bir ailəni - ata, ana və onların uşağını çıxarıblar.

Ukrayna xarici işlər naziri Andrey Sibiha bunu özünün X səhifəsində açıqlayıb və beynəlxalq tərəfdaşları müdafiə strategiyalarını kökündən dəyişdirməyə çağırıb.

Qeyd edək ki, hadisə nəticəsində ölənlərin sayı 14-ə çatıb.

***

13:52

İyulun 6-sı gecəsi Rusiya Kiyevə dronlar, qanadlı raketlər və ballistik raketlərdən istifadə edərək kütləvi hücuma keçib. Ölənlərin sayı 12-yə çatıb. Daha əvvəl 11 nəfərin öldüyü açıqlanıb. barədə məlumat verilmişdi.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

"Düşmənin paytaxta kütləvi hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb. Kiyevdə 50-dən çox insan yaralanıb. Tibb işçiləri onların hamısına lazımi yardımı göstəriblər və göstərirlər", - o qeyd edib.

***

10:48

Rusiyanın hücumu nəticəsində Kiyevdə artıq 11 nəfər ölüb, 46 nəfər yaralanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, iyulun 6-sı gecəsi Rusiya Kiyevə dronlar, qanadlı raketlər və ballistik raketlərlə kütləvi hücuma keçib. Ölənlərin sayı 11-ə çatıb.

Kiyev meri Vitali Kliçko deyib ki, hazırda düşmənin Kiyevə gecə hücumu nəticəsində 11 itki var. “Bunlardan biri yaralı şəxs bu səhər xəstəxanada ölüb.

46 nəfər yaralanıb. Onlardan 27-si, o cümlədən üçü uşaq, tibb işçiləri tərəfindən xəstəxanaya yerləşdirilib", - o qeyd edib.

Kiyevə bundan əvvəlki böyük hücum iyulun 2-si gecəsi qeydə alınıb.

 

Kiyev Rusiya hücum

Mənbə: lent.az

Xəbər lenti