Güclü külək Qax rayonunda bir sıra fəsadlara yol açıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq, Qax, Zaqatala və Balakən rayonları ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
Rayonların ərazisində fasilələrlə güclü külək, qısamüddətli leysan müşahidə olunur.
Qaxın Qaxın Marsan, Turaclı və Çüdülü kəndlərində güclü külək çoxlu sayda ağacı, elektrik və rabitə dirəyini aşırıb, elektrik və rabitə naqilləri qırılıb, qaz xətləri zədələnib. Marsan, Turaclı və Çüdülü kəndlərində elektrik enerjisinin, internetin və təbii qazın verilməsində fasilə yaranıb.
Aidiyyəti qrumlar əraziyə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Külək Zaqatala rayonunda da bir neçə ağacın aşmasına səbəb olub. Hazırda Zaqatalanın bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Qax ZaqatalaMənbə: lent.az