IMG-LOGO

Atası Halandın “Real”a keçəcəyini istisna etmir

06 Jul 2026 18:11 2 baxış
IMG
1 0

"Mançester Siti"nin hücumçusu Erlinq Halandın atası Alf-İnqe Haland oğlunun "Real"a mümkün transferi ilə bağlı şayiələrə münasibət bildirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, Erlinqin hazırkı klubunda özünü rahat hiss etdiyini və uzunmüddətli müqavilə ilə onlarla bağlı olduğunu qeyd edərək, digər komandalar haqqında danışmaq istəmədiyini vurğulayıb.

Lakin, o,  istənilən oyunçunun karyerasının müəyyən bir mərhələsində Madrid klubunda oynamaq arzusunda ola biləcəyinə inanır.

Alf-İnqe əlavə edib ki, futbolda yeni karyera imkanları həmişə yarana bilər və İspaniya liqasında güclü komandalar var, ona görə də hər şey istisna edilə bilməz.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti