IMG-LOGO

Kikboksinq və Sambo Federasiyasının keçmiş vitse-prezidenti və üçqat dünya çempionuna hökm oxundu

06 Jul 2026 15:31 3 baxış
IMG
0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəb (Səbuhi Vaqifoğlu) və onun tanışı Elman Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki,hökmə əsasən, Səbuhi Rəcəbə əvvəlki cəzası da hesablanaraq qəti olaraq 8 il 2 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Elman Mirzəyevə isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verildi. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib. 

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilənlər - Səbuhi Rəcəbin ( Vaqifoğlu)10 il,6 ay, Elman Mirzəyevin 8  il, 5 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, İstintaq materiallarında onların etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməkdə şübhəli biliniblər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, 2023-cü  ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rəcəb külli miqdarda dələduzluqda təqsirli bilinərək yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki E.Mirzəyev Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustasıdır.

S.Rəcəb isə əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub. 2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsini tutub. O, 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

məhkəmə

Mənbə: lent.az

Xəbər lenti