IMG-LOGO

Kömək etmək adı ilə qarət etdi - GÖRÜNTÜLƏR

30 Jan 2026 17:08 3 baxış
IMG
0 0

Bakının Xətai rayonunda oğurluq hadisəsi olub.

Lent.az xəbər verir ki, naməlum şəxs paytaxt sakininin avtomobilindən 600 manat, mobil telefon, planşet və digər əşyalarını oğurlayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 55 yaşlı İ.Xudiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, rayon ərazisində yerləşən marketlərin birinin qarşısında dayanaraq kassaya yaxınlaşan vətəndaşları müşahidə edib. Daha sonra həmin şəxslərdən birinin maddi vəsaitini və dəyərli əşyalarını çantasına qoyduğunu görüb “kömək etmək” adı ilə çıxışda ona yaxınlaşıb və avtomobilinə qədər müşayiət edib. Çantanı yük yerinə qoyarkən isə oğurluq əməlini törədib. Hadisənin baş vermə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr

Xəbər lenti