IMG-LOGO

İsrail fevralın 1-də "Rəfah" nəzarət-buraxılış məntəqəsini açacaq

30 Jan 2026 16:26 2 baxış
IMG

İsrail bazar günü, fevralın 1-də Qəzza zolağı ilə Misir arasındakı "Rəfah" nəzarət-buraxılış məntəqəsini yenidən açacaq.

"Report" xəbər verir ki, bu barədə AP agentliyi İsrailin Müdafiə Nazirliyinin Fələstin ərazilərində mülki məsələlərə nəzarət edən bölməsinin (COGAT) bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, nəzarət-buraxılış məntəqəsini açılması ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs planının həyata keçirilməsi üzrə mühüm addım olacaq. Qəzzanın əsas nəqliyyat qovşağı olan bu buraxılış məntəqəsi 2024-cü ilin may ayından bəri bağlı idi.

"Qəzza zolağına giriş-çıxış "Rəfah" vasitəsilə Misir ilə razılaşma əsasında, İsrail tərəfindən şəxslərin əvvəlcədən təhlükəsizlik yoxlamasından sonra və Avropa İttifaqı missiyasının nəzarəti altında, 2025-ci ilin yanvar ayında həyata keçirilmiş mexanizmə oxşar şəkildə həyata keçiriləcək", - COGAT-ın bəyanatında bildirilib.

Həmçinin qeyd olunub ki, Qəzzaya giriş yalnız döyüş əməliyyatları zamanı anklavı tərk edən yerli sakinlərə icazə veriləcək.

Xəbər lenti