IMG-LOGO

İran Aİ ölkələrinin silahlı qüvvələrini terror təşkilatlarının siyahısına daxil edəcək

30 Jan 2026 16:35 3 baxış
IMG

İran Avropa İttifaqı (Aİ) ölkələrinin silahlı qüvvələrini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı oxşar tədbirin cavabı olaraq terror təşkilatlarının siyahısına daxil edəcək.

"Report" xəbər verir ki, bu barədə İranın təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmisi Əli Laricani "X"də yazıb.

"Avropa İttifaqı, şübhəsiz ki, İran parlamentinin qətnaməsinə uyğun olaraq, SEPAH-a qarşı Aİ-nin son qətnaməsində iştirak edən ölkələrin ordularının terror təşkilatları hesab ediləcəyini bilir. Buna görə də, bu addımları atan Avropa ölkələri öz qərarlarının nəticələrini qəbul etməlidirlər", - o bildirib.

Qeyd edək ki, yanvarın 29-da, Aİ SEPAH-ı terror təşkilatları siyahısına daxil edib. Həmçinin Aİ 15 İran məmuruna qarşı sanksiyaların tətbiq edilməsi və İrana ikili təyinatlı məhsulların, o cümlədən raket və pilotsuz uçuş aparatlarının istehsalı üçün komponentlərin tədarükünə ixrac məhdudiyyətlərinin genişləndirilməsi barədə elan edib.

Xəbər lenti