IMG-LOGO

Azərbaycanın bir sıra ərazilərində dayanıqlı şəhər mühiti formalaşdırılacaq

30 Jan 2026 16:40 2 baxış
IMG

Azərbaycanın bir sıra şəhərlərində dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görüləcək.

"Report" xəbər verir ki, bu barədə prezident İlham Əliyevin bu gün imzalanan sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda əks olunub.

Məlumata görə, Bakıda və ölkənin digər şəhərlərində daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görüləcək (mövcud parkların, tarix və mədəniyyət abidələrinin ərazisində və yaxın ərazilərdə abadlıq işləri, küçə və ictimai məkanların yenidən qurulacaq, yaşıllıq zolaqları (o cümlədən yolkənarı ərazilərdə) salınacaq.

Xəbər lenti