IMG-LOGO

Fransada iki partiya büdcəyə görə hökumətə etimadsızlıq votumu irəli sürüb - YENİLƏNİB

30 Jan 2026 15:46 3 baxış
IMG

Solçu "Təslim olmayan Fransa" və sağçı "Milli Birlik" partiyası Baş nazir Sebastyan Lekornyunun hökumətinə qarşı iki ayrı etimadsızlıq votumunu növbəti dəfə irəli sürəcək, çünki o, dövlət büdcəsini 2026-cı il üçün parlamentin səsverməsi olmadan təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə solçu parlament fraksiyasının lideri Matilda Pano sosial şəbəkələrdə məlumat yayıb.

"Biz bazar ertəsi müzakirə olunacaq etimadsızlıq votumu irəli sürürük", - o qeyd edib. Bu təşəbbüsə "Ekoloqlar", Kommunist Partiyası və dənizaşırı əraziləri təmsil edən deputatlar qoşulacaqlar.

15:15

Fransanın Baş naziri Sebastyan Lekornyu, 2026-cı il dövlət büdcəsinin parlamentdə səsvermədən təsdiqlənməsinə imkan verən Konstitusiyanın 49.3-cü maddəsini aktivləşdirib.

"Report" xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Bu, Lekornyunun dörd aya yaxın parlament müzakirələrindən sonra büdcənin sürətləndirilmiş qəbulu üçün bu tədbirdən istifadə etdiyi üçüncü və son dəfədir.

Solçu "Təslim olmayan Fransa" və "Milli Birlik" partiyası buna cavab olaraq ayrı-ayrılıqda hökumətə etimadsızlıq votumu təşəbbüsünü irəli sürmək niyyətində olduqlarını bildiriblər.

Xəbər lenti