Ötən il Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 2024-cü illə (1,006 milyard ABŞ dolları) ilə müqayisədə 105,9 milyon ABŞ dolları və yaxud 10,52 % artaraq 1,112 milyard ABŞ dolları təşkil edib.
"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 33,62 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edib.
Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:
Şirkət
2025-ci ildə ixracın həcmi (milyon ABŞ dollar ilə)
2024-cü ildə ixracın həcmi (milyon ABŞ dollar ilə)
Faiz fərqi
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
373,9
409,8
-8,76 %
"SOCAR Polymer" MMC
255,6
237,6
7,58 %
"AzerGold" QSC
225,7
167,1
35,07 %
"Azəralüminium" MMC
151,1
135,4
11,6 %
SOCAR-ın Qaz İxrac İdarəsi
61,7
0
-
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC
38,9
56,1
-30,66 %
"SOCAR-Dalğıc" MMC
1,9
0
-
"İstisu Mineral Su Zavodu" MMC
1,7
0
-
"Azərbaycan Dəmir Yolları" QSC
1,5
0,268
459,7 %
"SOCAR-Cape" MMC
0,731
0,56
30,54 %
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 8,1 % artaraq 3,6 milyard ABŞ dollarına çatıb.