IMG-LOGO

Karlos Alkaras "Australian Open-2026"da tarixi nailiyyətə imza atıb

30 Jan 2026 14:40 2 baxış
IMG

İspaniyalı tennisçi Karlos Alkaras "Australian Open-2026" turnirinin yarımfinalında almaniyalı Aleksandr Zverevi məğlub etməklə tarixi nailiyyətə imza atıb.

"Report" xəbər verir ki, 22 yaş 258 günlüyündə olan Alkaras 1968-ci ildən bəri kişilərin fərdi yarışında ardıcıl 4 "Böyük Dəbilqə" turnirinin finalına yüksələn ən gənc oyunçu ünvanını qazanıb.

O, bu göstərici ilə 23 yaş 318 günlüyündə analoji seriyaya imza atmış italyan Yannik Sinnerin rekordunu qırıb.

Qeyd edək ki, Karlos Alkaras "Australian Open-2026"nın həlledici matçında Novak Cokoviç (Serbiya) – Yannik Sinner (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti