IMG-LOGO

Ötən il Azərbaycanın TOP-10 özəl şirkətinin qeyri-neft ixracı təxminən 60 % artıb

30 Jan 2026 14:42 2 baxış
IMG

Ötən il Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.

"Report" Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə ixracı 135,2 milyon ABŞ dolları (il ərzində 95,6 milyon ABŞ dolları və ya 3,4 dəfə artım olub) təşkil edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 590,1 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da 2024-cü ilin göstəricisi (369,5 milyon ABŞ dolları) ilə müqayisədə 59,7 % və ya 220,6 milyon ABŞ dolları çoxdur.

Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:

Şirkət

2025-ci ildə ixracın həcmi (milyon ABŞ dolları ilə)

2024-cü ildə ixracın həcmi (milyon ABŞ dolları ilə)

Faiz fərqi

"Azerbaijan International Mining Company Limited" şirkəti

135,2

39,6

241,41%

"Prime Cotton" MMC

107,5

93,9

14,48%

"Baku Steel Company" QSC

61,7

65

-5,08%

"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC

60,3

38,6

56,22%

"Tabaterra" QSC

46,7

34,6

34,97%

"STP Alüminium" MMC

44,3

21,4

107,01%

"Export Stream" MMC

40,2

17,1

135,09%

"P-Aqro" MMC

32,9

26,4

24,62%

"Khan-El" MMC

31,3

30

4,33%

"AGRARCO" MMC

30

2,9

934,48%

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracatı 8,1 % artaraq 3,6 milyard ABŞ dollarına çatıb.

Xəbər lenti