IMG-LOGO

"Report"un Balkan bürosu fəaliyyətə başlayıb

30 Jan 2026 15:03 2 baxış
IMG

"Report" İnformasiya Agentliyinin Balkan (Balkan ölkələri üzrə) bürosu fəaliyyətə başlayıb.

Büro Serbiyanın paytaxtı Belqradda yerləşir. Yeni büroda "Report" agentliyinin xüsusi müxbiri Sayad Həsənli çalışacaq.

Bu "Report"un 9-cu xarici bürosudur.

Xatırladaq ki, "Report"un ABŞ-də, Fransada, Belçikada, Türkiyədə, Ukraynada, Rusiyada, Gürcüstanda, Qazaxıstanda büroları fəaliyyət göstərir.

"Report İnformasiya Agentliyi" 2014-cü ildən fəaliyyət göstərir. "Global Media Group" holdinqin tərkibinə daxildir.

Xəbər lenti