IMG-LOGO

Pakistanda əməliyyatlar zamanı 40-dan çox döyüşçü zərərsizləşdirilib

30 Jan 2026 15:04 2 baxış
IMG

Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində döyüşçülərin iki sığınacağına basqınlar edərək ümumilikdə 41 silahlını zərərsizləşdiriblər.

"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə hərbi idarə bildirib.

Bəyanata əsasən, Bəlucistan əyalətinin Pəncqur rayonunda keçirilən ilk əməliyyat nəticəsində 30 döyüşçü öldürülüb, həmin əyalətin Xarnay rayonunda keçirilən ikinci əməliyyatda isə daha 11 nəfər öldürülüb.

Hər iki əməliyyat cümə axşamı baş tutub, Pakistan tərəfi heç bir əsgərini itirməyib.

Hərbçilər vurğulayıblar ki, öldürülənlər Hindistanın dəstəklədiyi qruplaşmanın üzvləri idilər.

Həmçinin qeyd olunub ki, döyüşçülər təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı hücumlarda və bank soyğunlarında iştirak etmişdilər.

Xəbər lenti