Yaxın zamanlarda dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq.
Bunu "Report"un sualına cabab olaraq Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanlm Talıbova "Azərbaycan mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.
Onun sözlərinə görə, bu, dövlət teatrlarında yeni modelə keçildiyi üçün zəruridir.