"Dallas" klubunun hücumçusu Kuper Fleqq NBA-da öz yaşıdı olan basketbolçular arasında bir oyun üçün məhsuldarlıq rekordunu yeniləyib.
"Report" xəbər verir ki, yanvarın 30-da "Şarlott"a qarşı keçirilən matçda (121:123) 19 yaşlı amerikalı oyunçu 49 xal toplayıb.
O, bu göstərici ilə liqa tarixində bir oyunda 45-dən çox xal toplayan ən gənc oyunçu ünvanına sahib çıxıb. Fleqq həmin qarşılaşmada 10 ribaund və 3 məhsuldar ötürmə ilə də yadda qalıb.
Qeyd edək ki, K.Fleqq cari mövsümdə keçirdiyi 44 oyunda orta hesabla 19,5 xal, 6,5 ribaund və 4,1 məhsuldar ötürmə ilə yadda qalıb.