2025-ci ildə Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 651,699 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 5,3 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3 % artaraq 277,463 milyon manata çatıb.
Beləliklə, 12 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 43,5 manat olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilə nisbətən 11,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,3 % çoxdur.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.