IMG-LOGO

Zelenski: Qrenlandiya ilə bağlı vəziyyət bizdən ərazilərin alınması üçün istifadə edilə bilər

30 Jan 2026 12:47 4 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Qrenlandiya ətrafında yaranmış vəziyyət ukraynalılardan ərazilərin alınması üçün istifadə edilə bilər.

"Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, o bu barədə jurnalistlərlə görüşdə bildirib.

"Həmçinin, mənim fikrimcə, Qrenlandiya ilə bağlı tarix - bu elə bir xüsusi tarixdir ki, sabah bizdən əraziləri almaq və bunu de-yure tanımaq üçün istifadə edilə bilər. Buna bu cür baxmaq lazımdır", - deyə Zelenski bildirib.

Əvvəllər Danimarka Baş naziri Mette Frederiksen bəyan etmişdi ki, ABŞ Prezidenti Donald Trampın adanı öz nəzarətinə götürmək niyyəti barədə dəfələrlə söylədiyi fikirlərə baxmayaraq, krallıq Qrenlandiyadan imtina etməyəcək. Qrenlandiya Baş naziri Jens-Frederik Nielsen bildirmişdi ki, arktik adanın hakimiyyət orqanlarına və əhalisinə mümkün ABŞ hərbi müdaxiləsinə hazırlaşmağa başlamağı göstəriş verib.

Xəbər lenti