IMG-LOGO

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçir

30 Jan 2026 11:55 3 baxış
IMG

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 108 manatdır.

İddiaçılar təkliflərini fevralın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 20 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Şirkətə 38 940 manat ödənilib.

Xəbər lenti