Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 20 manatdır.
İddiaçılar təkliflərini fevralın 12-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 49 C ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 12-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 4 min manat ödənilib.