IMG-LOGO

Hüquq və İnsan Haqları İnstitutu auditor seçir

30 Jan 2026 10:56 5 baxış
IMG

Hüquq və İnsan Haqları İnstitutu 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini fevralın 17-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 125 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 17-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Financial Reporting Center" MMC olub. Şirkətə 1,4 min manat ödənilib.

Xəbər lenti