Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 24 manatdır.
İddiaçılar təkliflərini fevralın 12-nə qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 12-də, saat 10:30-da qeyd olunan ünvanda baxılacaq.