IMG-LOGO

Azərbaycanda qadın sahibkarlar ötən il 16 milyon manatdan çox güzəştli kredit alıb

26.01.2024 17:04 70 baxış
IMG

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 290 qadın sahibkara 16,4 milyon manat güzəştli kredit verib.

Bu barədə "Report"a Fonddan bildirilib.

Bundan başqa, məlumata görə, ötən il qurum gənc sahibkarların 108 layihəsinin maliyyələşdirilməsinə 7,1 milyon manat vəsait ayrılıb.

Xatırladaq ki, 2023-cü ildə SİF ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verib. Kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 43 %-i sənaye məhsullarının istehsalına, 5,5 %-i xidmət sektoruna, 4,5 %-i turizm sektoruna verilib. Güzəştli maliyyələşmənin 72 %-i regionların, 28 %-i isə Bakı və Abşeronun payına düşüb. O cümlədən, işğaldan azad edilmiş ərazilərdə icra olunan 4 layihənin maliyyələşdirilməsinə 11,5 milyon manat kredit ayrılıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti