IMG-LOGO

Kələm turşusuna çuğundur əvəzinə boya qatırlar? - VİDEO - YENİLƏNİB

28 Jan 2026 18:00 2 baxış
IMG
30 0

APA TV qırmızı kələm turşusu ilə bağlı araşdırma aparıb. 

Lent.az həmin süjeti təqdim edir: 

***

27 yanvar, saat 19:09

Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələm turşusu məhsulunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülüb. Bu məsələni Qida Təhlükəsizliyi Agentliyi nəzarətə götürüb.

Lent.az xəbər verir ki, aparılan araşdırmalar çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı” və bazarətrafı ərazidə nəzarət tədbirləri  keçirilib. Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək. 

AQTA istehlakçıları qida məhsulları alarkən diqqəti olmalarını və mənşəyi məlum olmayan məhsulları istehlak etməməyi tövsiyə edir. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir. 

Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:    

AQTA

Xəbər lenti