Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan "AzerGold" QSC bu ay 2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib.
Şirkətin ixrac etdiyi ilk partiya qızıl və gümüşün beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 32,9 milyon manat vəsait cəlb edilib.
Ötən il şirkət beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüş satıb. Əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə (2024-cü il) müqayisədə 43 % çoxdur.
"AzerGold" fəaliyyət göstərdiyi müddətdə ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüş sataraq ölkə iqtisadiyyatına 1,9 milyard manat vəsait cəlb edib.

