IMG-LOGO

Azərbaycanda elektron satınalma hesabına büdcəyə qənaət 41 %-ə yaxın artıb

28 Jan 2026 17:40 2 baxış
IMG

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 786,6 milyon manat qənaət edilib.

"Report" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,5 % çoxdur.

"Dövlət satınalmalarında qənaət məbləğinin artması büdcə vəsaitlərindən səmərəli istifadənin göstəricilərindən biridir. Bu, dövlət satınalmaları prosesində rəqabət mühitinin və maliyyə intizamının güclənməsini əks etdirir", - məlumatda qeyd olunub.

Xəbər lenti