IMG-LOGO

Tramp: İrana verilən vaxt bitir

28 Jan 2026 16:44 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İranın nüvə razılaşmasına gedəcəyinə ümid etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.

D.Tramp əlavə edib ki, bunun üçün vaxt bitir.

"Mən artıq İrana demişəm - razılaşma bağlayın! Onlar bunu etmədilər və "Gecəyarısı çəkic" əməliyyatı başladı. Növbəti hücum daha da pis olacaq! Bunun təkrarlanmasına yol verməyin. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - D.Tramp yazıb.

O yenidən təkrarlayıb ki, ABŞ "Abraham Lincoln" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi nəhəng armadanı İrana doğru göndərib.

D.Trampın sözlərinə görə, bu armada ABŞ-nin Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı zamanı Venesuelaya göndərdiyi qüvvələri miqyasına görə üstələyir: "O, sürətlə, böyük güc, həvəs və məqsədyönlülüklə hərəkət edir. Donanma hazırdır və lazım gələrsə öz missiyasını tez bir zamanda yerinə yetirmək qabiliyyətindədir".

ABŞ Prezidenti ümid edir ki, Tehran, İranın nüvə silahına sahib olmayacağı ədalətli və bərabərhüquqlu sövdələşməyə razılıq verəcək. Eyni zamanda o vurğulayıb ki, qərar qəbul etmək üçün vaxt bitir.

Xəbər lenti