IMG-LOGO

Saçı necə düzgün boyamalı ki... rəngi iki aya qədər qalsın?

28 Jan 2026 15:49 3 baxış
IMG
0 0

Saçı boyamadan əvvəl necə hazırlamaq və boyadan sonra necə qulluq etmək lazımdır ki, çalar mümkün qədər uzun müddət parlaq, dərin və doymuş qalsın.

Lent.az bu yolları təqdim edir:

Saç rəngini uzun müddət necə qorumaq olar?

Bir çox qadın saçını boyadıqdan sonra cəmi 2-3 həftə keçəndə rəngin solduğunu, bəzi yerlərdə bərabər görünmədiyini və əvvəlki dərinliyini itirdiyini görür. Elə bil bütün zəhmət boşa çıxıb. Amma peşəkar bərbərlər yaxşı bilir: rəngin uzun müddət qalması təkcə boyanın keyfiyyətindən asılı deyil. Əsas rol oynayan iki şey var:

saçın boyaya düzgün hazırlanması və prosedurdan sonra düzgün qulluq. Məhz bu xırda detallar sayəsində rəng tez-tez yenidən boyanmadan təxminən iki aya qədər canlı qala bilər.

Saçı düzgün hazırlamaq uğurun yarısıdır

Boyamadan 3 gün əvvəl saç yumaq məsləhət deyil. Çünki saç dərisində olan yüngül təbii yağ qatı dərini qoruyur və boyanın saç telinə daha yaxşı hopmasına kömək edir. Əgər saç çox çirklidirsə, onu prosedurdan 1 gün əvvəl yumaq olar. Amma bu zaman maska və balzam istifadə etməmək lazımdır.

Boyamadan 1 həftə əvvəl saçları daha yaxşı nəmləndirməyə başlamaq da vacibdir. Nəmlənmiş saç boya piqmentini daha bərabər qəbul edir, nəticədə rəng daha uzun müddət qalır.

Düzgün boya seçimi

Peşəkar ustalar tərkibində ammiak az olan və ya tamamilə ammiaksız boyaları seçməyi tövsiyə edir. Belə boyalar saçın strukturunu daha az zədələyir və piqment saçın içində daha yaxşı saxlanır. Keyfiyyətə qənaət etmək də olmaz: yaxşı boya adətən daha dayanıqlı və daha təmiz rəng verən piqmentlərdən hazırlanır.

Suyun temperaturu çox önəmlidir

Boyadan sonra çox adam ciddi bir səhv edir saçını isti su ilə yuyur. İsti su saçın üst qatını (kutikulanı) açır və nəticədə boya piqmenti tez yuyulub gedir.

Bərbərlər deyir ki, boyadan sonra ilk 48 saat saç yumaq ümumiyyətlə məsləhət deyil. Daha sonra isə saçınızı yalnız ilıq və ya sərin su ilə yumaq yaxşıdır.

Xüsusi şampun və balzamdan istifadə

Adi şampunlar boyanı daha tez yuyur. Rəngi qorumaq üçün üzərində “boyanmış saçlar üçün” yazılan məhsullardan istifadə etmək lazımdır. Bu tip şampunlar daha yumşaq olur və boyanın saçın içində “saxlanmasına” kömək edir. Hər saç yuyandan sonra balzam və ya kondisioner mütləqdir, çünki o saçın üst qatını bağlayır və rəngin daha uzun müddət qalmasına kömək edir.

İstiliklə saç düzləndirməni minimuma endirin

Fen, saç düzləşdirici və buruqlaşdırıcı alətlər (ütü, ployka) rəngin piqmentini aqressiv şampunlar qədər zədələyə bilər.

Əgər rəngin iki aya qədər qalmasını istəyirsinizsə:

mütləq istilikdən qoruyucu sprey istifadə edin,

mümkün olduqca saçınızı təbii şəkildə qurudun.  

Dəb boyama üsulları rəngi necə qorumaq olar

Xəbər lenti