IMG-LOGO

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

28 Jan 2026 15:47 3 baxış
IMG

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib.

"Report" xəbər verir ki, qanunvericilik işlər planına üç yeni qanun layihəsi daxil edilib.

Yaz sessiyası müddətində Dövlət Qulluğu Məcəlləsi, "Uşaq hüquqları haqqında" və 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin qəbulu nəzərdə tutulub.

İş planına həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri və qüvvədə olan müxtəlif qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.

Xəbər lenti