IMG-LOGO

Kreml ABŞ, Ukrayna və Rusiya arasında birbaşa təmasların başlamasını müsbət qiymətləndirib

28 Jan 2026 14:34 3 baxış
IMG

Kreml ABŞ, Ukrayna və Rusiya arasında Əbu-Dabidə birbaşa üçtərəfli təmasların başlamasını müsbət qiymətləndirir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə ki, iş gedir və onun birbaşa əlaqələr şəklində başlaması yaxşı haldır", - Peskov deyib.

Onun sözlərinə görə, ekspertlərin Ukrayna ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı bir sıra mürəkkəb məsələləri müzakirəyə başlaması faktının özünü tərəqqi hesab etmək olar.

Xəbər lenti