Dünyanın ən çox ziyarət edilən ölkələrinin adları açıqlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, birinci yerdə 89,4 milyon qonaqla Fransa qərarlaşıb. Fransa 30 ildir ki, bu titula sahibdir. İkinci yerdə İspaniyadır. Belə ki, İspaniyaya 83,7 milyon turist səyahət edib. Üçüncü yerdə 79,3 milyon turistlə ABŞ qərarlaşıb.
İlk beşlikdə 65,7 milyon turistlə Çin də yer alıb. Beçinci sırada isə 64,5 milyon ziyarətçi ilə İtaliyadır.
Türkiyə reytinqdə altıncı yeri tutub (51,2 milyon qonaq).
Yeddinci yerdə (45 milyon turist) Meksika, səkkizinci yerdə Tailand (39,8 milyon) qərarlaşıb.
Reytinqdə Almaniya (doqquzuncu yer, 39,6 milyon turist) və Böyük Britaniya da (onuncu yer, 39,4 milyon) yer alıb.