İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan "Artpak" MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 milyon manat məbləğində güzəştli kredit ayrılıb.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub", - deyə nazir qeyd edib.
Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) "Artpak" MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 mln. ₼ məbləğində #güzəştlikredit ayrılıb. Layihə üzrə illik 1.500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub.#SİF #EconomyAz pic.twitter.com/LirWkZT9nm
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 25, 2024 Bizim Telegram kanalımıza abunə olun