IMG-LOGO

ARDNF investisiya portfelində "AAA" reytinqli alətlərin xüsusi çəkisini kəskin azaldıb

27 Jan 2026 11:38 3 baxış
IMG

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 21,3 %-i "AAA" reytinqli olub.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il yanvarın 1-nə nisbətən 27,9 faiz bəndi azdır.

Əvəzində portfeldə "AA" reytinqli alətlərin xüsusi çəkisi 22,5 %-dən 38,2 %-ə, "A" reytinqli alətlərin xüsusi çəkisi 17 %-dən 26,7 %-ə, "BBB" reytinqli alətlərin xüsusi çəkisi 10,9 %-dən 12,9 %-ə çatıb, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 0,4 %-dən 0,9 %-ə yüksəlib.

Xəbər lenti