Bu ilin yanvarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 17 milyon 595,6 min nəfər olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 388,8 min nəfər və ya 2,2 % azdır.