IMG-LOGO

ARDNF investisiya portfelində 1 illik istiqrazların payını azaldıb

27 Jan 2026 11:50 3 baxış
IMG

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) istiqrazlar və digər pul bazarına yatırdığı investisiyaların 12,7 %-i 1 ilə qədər müddətə olan alətlərə yerləşdirib.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,3 faiz bəndi azdır.

Hesabat dövründə 1-3 illik istiqrazların payı 2,9 faiz bəndi artaraq 32,2 %, 3-5 illik istiqrazların payı 2,7 faiz bəndi artaraq 29,1 %, müddəti 5 ildən artıq olan istiqrazların payı isə 1,3 faiz bəndi azalaraq 26,1 % olub.

Xəbər lenti