IMG-LOGO

Əməyin Mühafizəsi Mərkəzi auditor seçir

26 Jan 2026 17:58 2 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 15 manatdır.

İddiaçılar təkliflərini fevralın 16-na qədər quruma təqdim edə bilərlər.

Təkliflərə həmin gün saat 17:00-da baxılacaq.

Ötən il bu tenderin qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 3,7 min manat ödənilib.

Xəbər lenti