IMG-LOGO

Yastığımızda gizlənən BAKTERİYALAR

24.01.2024 16:35 101 baxış
IMG

Mütəxəssis Qleb Repiç yastıq üzlüklərini niyə tez-tez yumaq lazım olduğunu açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, yastığınız kənardan təmiz görünsə belə, bu həmişə belə olmur. Hər gecə yatarkən ən azı 7-8 saat üzümüzü yastığa qoyuruq, amma orada nə qədər mikrob gizlənə biləcəyini düşünmürük. 

Onun sözlərinə görə, yastıq dərimizin ifraz etdiyi tər və yağ bakteriyaların çoxalması üçün ideal şərait yaradır:

“Yastıqda təhlükəsiz mikrokoklar luteus, potensial təhlükəli stafilokoklar və hətta nəcis florasının nümayəndələri var. Xüsusilə problemli dəri olanlar ən azı iki həftədən bir yataq dəstlərini yumalıdır. Yastıq üzləri 40-60 dərəcədə, bol yuyucu vasitələrlə yuyulmalıdır”.

Xəbər lenti