IMG-LOGO

Hacıqabulda qəza: sürücünün həyat yoldaşı öldü

02 Aug 2026 16:38 4 baxış
IMG
1 0

Hacıqabulda baş verən qəzada bir nəfər ölüb

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində qeydə alınıb.

"KamAZ" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 49 yaşlı İbadova Svetlana Ocaqverdi qızı həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Hacıqabul qəza

Mənbə: lent.az

Xəbər lenti