IMG-LOGO

Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir

02 Aug 2026 16:22 4 baxış
IMG

Böyük Britaniyada daxili siyasi islahatların həyata keçirilməsi üçün ölkənin ilk yazılı konstitusiyasının hazırlanmasına yol verilə biləcəyi bildirilib.

"Report"un Sky News-a istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Krallığın Baş naziri Endi Börnham bəyan edib.

"Ölkənin idarə olunmasının aydın prinsiplərinin hazırlanması və hər yerdə riayət edilməli olan minimum standartların müəyyənləşdirilməsi üçün əsaslar var. İnsanların öz-özünə başa düşülən və ölkənin digər bölgələrində artıq təmin edilmiş hüquqları əldə etmək üçün mübarizə aparmalı olması düzgün deyil. Belə bir vəziyyətdə konstitusiyanın olmaması regionları zəruri səlahiyyətlərdən məhrum edir", - deyə o vurğulayıb.

Böyük Britaniyada heç vaxt rəsmi yazılı konstitusiya olmayıb. Digər ölkələrdən fərqli olaraq, ölkənin konstitusiyası kodlaşdırılmayıb və vahid konkret yazılı sənəd və ya qanunlar toplusu şəklində mövcud deyil. Birləşmiş Krallığın konstitusiyasının mənbələrinə ümumi hüquq normaları, qanunvericilik aktları və konstitusion adətlər daxildir.

Mənbə: report.az

Xəbər lenti