"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın 17 yaşlı müdafiəçisi Pay Kubarsini İngiltərə klubunda görmək istəyir.
Lent.az xarici mediaya istinadən bildirir ki, onu "Jerar Pike və Karles Puyolun mükəmməl qarışığı" adlandırırlar.
Pay Kubarsi Kataloniya klubunda iki oyun keçirib və bir məhsuldar ötürmə edib.
“Transfermarkt” müdafiəçinin transfer dəyərini 1,5 milyon avro qiymətləndirir.