Auditorlar Palatası daha 5 audit şirkətinə müddətli lisenziya verib.
"Report" Palataya istinadən xəbər verir ki, "FR Advisory" MMC-yə bu il yanvarın 12-dən 2031-ci il yanvarın 12-nə qədər qüvvədə olmaqla AT/363 saylı auditor sertifikatı təqdim edilib. Şirkətin direktoru Yusifov Ruslan Ağasəlim oğludur.
"Audit Group 775" MMC-yə isə bu il yanvarın 15-dən 2030-cu il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/367 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Əlizadə Elmar Şahin oğludur.
Bundan başqa, "HLB Audit International" MMC-yə bu il yanvarın 15-dən 2031-ci il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/364 saylı lisenziya təqdim olunub. Şirkətin direktoru Dadaşov Tale Elşad oğludur.
Həmçinin "Smart Audit and Consulting" MMC-yə bu il yanvarın 15-dən 2030-cu il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/366 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Kərimov Ziyəddin Əliş oğludur.
Eyni zamanda, "Summit Finance Solutions" MMC-yə bu il yanvarın 15-dən 2031-ci il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/365 saylı lisenziya təqdim edilib. Şirkətin direktoru Məhəmmədzadə Səbuhi Rauf oğludur.
Hazırda ölkədə ümumilikdə 150 auditor təşkilatı fəaliyyət göstərir.