"Azəristiliktəchizat" ASC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 51,05 manatdır.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini fevralın 15-i, saat 16:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi, 3 ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 15-i, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Bizim WhatsApp kanalımıza abunə olun