IMG-LOGO

Azərbaycandan turist axını 2 %-dən çox azalıb

23 Jan 2026 12:59 3 baxış
IMG

2025-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2024-cü illə müqayisədə 2,3 faiz azalaraq 2 milyon 109,9 min nəfər olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiyaya, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər edib, 63,5 faizini kişilər, 36,5 faizini qadınlar təşkil edib.

İl ərzində Gürcüstana gedənlərin sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artıb, Rusiyaya gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Xəbər lenti