IMG-LOGO

Oğuzda ŞOK: aptekə dərman almağa girən kişi öldü

23.01.2024 12:33 102 baxış
IMG

Oğuzda aptekdə ölüm hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki apteklərin birində baş verib. Aptekə dərman almağa girən Gəncə şəhər sakini 34 yaşlı Əsgərli Kənan qəfildən halı pisləşib və xəstəxanaya aparılıb.

Lakin xəstəxanada göstərilən tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun qəfil ürəktutmasından öldüyü bildirilir.

Xəbər lenti