IMG-LOGO

Axios: Ukrayna son sülh planı layihəsinə cavabını ABŞ-yə təqdim edib

11.12.2025 06:17 6 baxış
IMG

Ukrayna ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaqla bağlı sonuncu sülh planı layihəsinə cavabını Amerika tərəfinə təqdim edib.

"Report"un məlumatına görə, bunu "Axios"un jurnalisti Barak Ravid rəsmilərə istinadən X sosial media platformasında yazıb.

"Ukrayna ABŞ-ın sülh planının sonuncu layihəsinə cavabını çərşənbə günü Tramp administrasiyasına təqdim edib, Ukrayna və Amerika rəsmiləri mənə bildiriblər", o qeyd edib.

Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski ABŞ-nin maliyyə naziri Skott Bessent, Amerika liderinin kürəkəni Cared Kuşner və BlackRock-un baş direktoru Larri Finklə onlayn görüş keçirdiyini açıqlamışdı.

Tərəflər, qeyd olunduğu kimi, Ukraynanın bərpasının əsas aspektləri və mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti